10-02-2026
10 fevral 2026-cı il tarixində Bakı Qızlar Universitetinin Karyera Bölməsinin mütəxəssisi Aytac Zeynalovanın Sumqayıt şəhər 19 saylı tam orta ümumtəhsil məktəbində “Karyerada Sən” adlı təlimi uğurla təşkil olunub.
2 saat davam edən təlim prosesi şagirdlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb.
Təlim zamanı iştirakçılara karyera planlaması, şəxsi inkişaf və gələcək peşə seçimi ilə bağlı faydalı məlumatlar təqdim olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.
Təlim şagirdlərin motivasiyasının artırılmasına və gələcək hədəflərinin formalaşmasına mühüm töhfə verib.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
10-02-2026
10-02-2026
04-02-2026
04-02-2026