11-04-2025
Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat verir ki, Bakı Qızlar Universiteti son illərdə rəqəmsal platformalarda fəaliyyətini xeyli genişləndirib. Hal-hazırda universitetin 7-dən çox rəsmi media kanalı vasitəsilə ictimaiyyətə informasiya, elan və yeniliklər çatdırılır.
Rəsmi bqu.edu.az vebsaytında 228 xəbər və 36 elan yerləşdirilib. Facebook və Instagram səhifələrində ümumilikdə yüzlərlə paylaşım edilərək minlərlə izləyiciyə çatdırılıb. Ən çox izləyici sayı ilə öndə olan platforma @bqueduaz Instagram səhifəsidir – 1258 izləyici ilə.
Telegram kanalında 900-dən çox vizual kontent paylaşılaraq abunəçi sayı 158-ə çatdırılıb. YouTube platformasında 50 video yerləşdirilib və izləyicilər tərəfindən maraqla qarşılanıb. Universitet TikTok və X.com (Twitter) kimi yeni media platformalarında da aktivliyini artırmaqdadır.
2015-ci ildən etibarən rəqəmsal media istiqamətində atılan addımlar, universitetin ictimaiyyətlə açıq və operativ kommunikasiya qurmasında mühüm rol oynayır.
18-04-2025
18-04-2025
15-04-2025
14-04-2025