24-07-2025
Bakı Qızlar Universitetinin magistratura səviyyəsinə qəbul olan bakalavrların nəzərinə!
Nəzərinizə çatdırırıq ki, magistraturaya qəbul olmuş şəxslər 24 iyul -01 avqust 2025-ci il tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, Elm və Təhsil Nazirliyinin https://portal.edu.az/ platformasında “qeydiyyat” düyməsindən istifadə edərək şəxsi kabinet yaratmaq, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Aşağıdakı sənədlər təqdim edilməlidir
• Bakalavr dərəcəsi verilməsi haqqında diplom və arayış (cari ilin məzunları üçün)
• Ödənişli əsaslarla magistratura səviyyəsinə qəbul olunan şəxslər üçün təhsil haqqının ödənişi barədə qəbzin surəti;
• Şəxsiyyət vəsiqəsinin 2 ədəd surəti
• 3x4 ölçüdə 4 ədəd rəngli şəkil
• Sağlamlıq haqqında arayış
❗ 01 avqusta qədər onlayn qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur.
Bakı Qızlar Universitetinin magistratura səviyyəsinə qəbul olmuş bakalavrları təbrik edir, təhsilin növbəti pilləsində uğurlar arzulayırıq !🌹
Ünvan: Bakı şəh., Möhsün Sənani 62, 3-cü mərtəbə, otaq 305
☎ +994 559559256
24-07-2025
08-07-2025
07-07-2025
30-06-2025