Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

26-02-2025

BQU -da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

BQU -da Xocalı soyqırımına həsr olunmuş  tədbir keçirilib

26 fevral 2025-ci il tarixində Bakı Qızlar Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan BQU-nun rektoru, professor Sevinc Rəhimova Xocalı soyqırımının insanlıq tarixində ən qəddar və amansız terror aktlarından biri olduğunu, dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən sayıldığını diqqətə çatdırdı. O vurğuladı ki, müzəffər Azərbaycan Ordusunun qətiyyəti və iradəsi sayəsində 44 günlük Vətən müharibəsində Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı.

Daha sonra “Tarix” kafedrasının professoru İkram Ağasıyev və baş müəllim Tural Vəlizadə Xocalı faciəsinin tarixi aspektlərinə toxunaraq, faciənin səbəb və nəticələrindən bəhs etdilər. Onlar vurğuladılar ki, faciə qurbanlarının əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Çıxışlardan sonra BQU-nun təsisçisi, yazıçı-dramaturq, ssenarist professor Ağarəhim Rəhimovun əsəri əsasında çəkilmiş “Qırmızı qar” filmi nümayiş etdirildi.

Qeyd edək ki, universitetdə ilk dərslər əsrin faciəsi – Xocalı qətliamına həsr olunmuşdur.

Digər xəbərlər

Bütün xəbərlər