Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

22-04-2026

BQU-da Humay Ədəbi Birliyinin növbəti ədəbi məclisi keçirildi

BQU-da Humay Ədəbi Birliyinin növbəti ədəbi məclisi keçirildi

22 aprel 2026-cı il tarixində Humay Ədəbi Birliyinin növbəti ədəbi məclisi keçirildi. Görüş zamanı tələbələrin qələmə aldıqları şeir və hekayələr səsləndirildi, əsərlər ətrafında maraqlı və məhsuldar müzakirələr aparıldı.

Tədbirin əvvəlində birliyin sədri Ağaverdiyeva Zəhraxanım yeni üzvləri təqdim etdi. Daha sonra iştirakçılar öz yaradıcılıq nümunələrini təqdim etdilər. Belə ki, Məhərrəmzadə Aysel “Ağılsızlar şəhəri” hekayəsini və “Sən” şeirini, Kərimova Nərmin “Yaddaş oğrusu” hekayəsini, Ələsgərova Rəvanə “Mən hürriyyətəm” şeirini, Abdullayeva Aysel “Özümlə üz-üzə” şeirini, Vəliyeva Nəzakət isə “Səhnədəki mən” hekayəsini səsləndirdilər.

Səsləndirilən əsərlər əsasında iştirakçılar tərəfindən geniş fikir mübadiləsi aparıldı, müəlliflərin bədii mətnləri təhlil olundu və gənc qələm sahiblərinə inkişaf istiqamətində tövsiyələr verildi.

Digər xəbərlər

Bütün xəbərlər