30-06-2025
Bakı Qızlar Universitetinin “Xarici dillər”kafedrasının professoru Kəmalə Cəfərova 26–27 iyun 2025-ci il tarixlərində İndoneziya, Balidə keçirilmiş və IFERP Akademiyası tərəfindən təşkil olunmuş ICTERLT – 2025 – (International Academic Conference on Teaching, Education, and Recent Learning Technologies / Beynəlxalq tədris, təhsil və müasir öyrənmə texnologiyaları konfransı) adlı beynəlxalq elmi konfransda onlayn iştirak etmişdir.
Professor konfransda “Bilingualism in Education: New Approaches and Global Challenges” (Təhsildə ikitillilik: yeni yanaşmalar və qlobal çağırışlar) adlı elmi məqalə ilə çıxış edərək, müasir təhsil sistemində ikidilliliyin nəzəri və praktik aspektlərini, onun qlobal çağırışlar fonunda tətbiq imkanlarını və yeni metodoloji yanaşmaları əhatəli şəkildə təqdim etmişdir. Təqdimat “Collaborative Learning and Community Engagement” sessiyası çərçivəsində baş tutmuş və dayanıqlı inkişaf hədəflərinə uyğun təhsilin gələcək perspektivləri ilə bağlı müzakirələrin bir hissəsi kimi elmi maraq doğurmuşdur.
Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi
30-06-2025
30-06-2025
26-06-2025
25-06-2025