17-12-2025
16 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Bakı şəhəri 295 nömrəli tam orta məktəbdə qızların təhsildən yayınmasının qarşısının alınması məqsədilə maarifləndirici təlim keçirdi.
Tədbirdə Bakı Qızlar Universitetinin baş müəllimi Təranə Piriyeva çıxış edərək, erkən evlilik və təhsildən yayındırma hallarının yaratdığı hüquqi məsuliyyət barədə məlumat verdi. Uşaq Səfirlər Məclisinin nümayəndələri Əsmər Əliyeva və Mələk Niftəliyeva “Qızlara kitab verək, həyat yükü yox!” adlı təqdimatla çıxış etdilər.
Tədbirin sonunda Dövlət Komitəsi tərəfindən hazırlanmış maarifləndirici materiallar məktəb rəhbərliyinə təqdim olundu.
𝘔ə𝘵𝘣𝘶𝘢𝘵 𝘷ə 𝘪𝘤𝘵𝘪𝘮𝘢𝘪𝘺𝘺ə𝘵𝘭ə ə𝘭𝘢𝘲ə𝘭ə𝘳 şö𝘣ə𝘴𝘪
18-12-2025
18-12-2025
13-12-2025
12-12-2025