Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

14-11-2025

Bakı Qızlar Universitetində “Retro Güşə” layihəsi – Məzunlar üçün xatirələr yenidən canlanır

Bakı Qızlar Universitetində “Retro Güşə” layihəsi – Məzunlar üçün xatirələr yenidən canlanır

Bakı Qızlar Universitetində məzunlarla bağlı xüsusi olaraq hazırlanan “Retro Güşə” layihəsinə start verilib. Layihənin məqsədi universitetin uzun illər ərzində keçdiyi inkişaf yolunu, tələbəlik illərinin ruhunu və məzunların unudulmaz kampus xatirələrini bir araya toplamaqdır.

Universitet binasında ayrılmış xüsusi guşədə müxtəlif illərin tədbirlərindən, tələbə həyatından, bayram şənliklərindən və fakültə fəaliyyətlərindən toplanmış foto-materiallar sərgilənir. “Retro Güşə” həm BQU-nun tarixini yaşadır, həm də məzunların tələbəlik illərinə nostalji bir səyahət etməsinə imkan yaradır.

Layihə çərçivəsində təqdim edilən materiallar yeni nəsil tələbələr üçün də universitetin keçmişinə nəzər salmaq, akademik və sosial mühitin inkişaf mərhələlərini görmək baxımından dəyərli mənbə rolunu oynayır.

Bakı Qızlar Universiteti – xatirələri yaşadan ünvan…

Digər xəbərlər

Bütün xəbərlər