02-05-2025
01–02 may 2025-ci il tarixlərində Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycan Respublikasının inkişaf strategiyası: potensial imkanlar və yeni çağırışlar” mövzusunda Respublika Elmi Praktik konfransı keçirilib.
Tədbirdə Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının dosenti Müjkan Məmmədzadə “Ali hərbi təhsil müəssisələrində tədris prosesində müasir yanaşmalar”, “Filologiya-tarix” fakültəsinin II kurs tələbəsi Ləman Məmmədova isə “Ədəbiyyatımızda vətənpərvərlik mövzuları” adlı məruzə ilə çıxış ediblər.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
08-05-2025
07-05-2025
06-05-2025
06-05-2025