17-11-2025
Bakı Qızlar Universitetinin “Psixologiya” kafedrasının baş müəllimi, psixoloq Nərmin Abdullayeva Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xətti ilə təşkil olunan ixtisasartırma proqramında təlimçi qismində çıxış etdi.
Təlimlər Azərbaycan Respublikasının Təhsil İnstitutu və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumtəhsil məktəblərinin müəllimləri üçün həyata keçirilən “Şagirdlərin sosial-emosional sağlamlığı və təhlükəsizliyi” mövzusunda təşkil olundu.
Nərmin Abdullayeva bu proqram çərçivəsində müəllimlərə sosial-emosional inkişafın psixoloji əsasları, şagird davranışlarının düzgün idarə olunması, məktəb mühitində təhlükəsizliyin təmin edilməsi və psixoloji dəstək mexanizmləri barədə təlim apardı.
17-11-2025
17-11-2025
17-11-2025
14-11-2025