Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

13-11-2025

Magistratura tələbələrinin “Beynəlxalq qiymətləndirmə” mövzusunda layihə təqdimatı keçirilib

Magistratura tələbələrinin “Beynəlxalq qiymətləndirmə” mövzusunda layihə təqdimatı keçirilib

  Bakı Qızlar Universitetində İbtidai təhsil ixtisası üzrə magistratura təhsilalanlarının hazırladığı növbəti layihə təqdimatı baş tutdu. “İbtidai təhsilin pedaqogikasının müasir problemləri” fənni çərçivəsində təşkil olunan təqdimat 1-ci kurs magistrantları tərəfindən həyata keçirildi.

“Beynəlxalq qiymətləndirmə” mövzusuna həsr olunmuş layihəni magistrantlar İbrahimova Dürdanə və Şərifzadə İlhamə hazırlayaraq təqdim ediblər.

Dərsin rəhbəri, “Pedaqogika” kafedrasının dosenti  Hacızadə Reyhan layihənin aktuallığını vurğulayaraq, beynəlxalq qiymətləndirmə sistemlərinin müasir təhsil modellərində əhəmiyyətindən danışdı. Tələbələr mövzu üzrə təqdimatlarını nümayiş etdirərək,müxtəlif ölkələrin qiymətləndirmə mexanizmləri, şagird nailiyyətlərinin ölçülməsi və tətbiq olunan metodoloji yanaşmalar barədə sualları cavablandırdılar.

    Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı və tələbələrin araşdırmaları qiymətləndirildi.

Digər xəbərlər

Bütün xəbərlər