Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

12-05-2026

Bakı Qızlar Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Bakı Qızlar Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

8 may tarixində Bakı Qızlar Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, dövlətçilik ideyalarının və Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərinin gənc nəslə daha yaxından çatdırılması olub.

Tədbirdə Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc xanım Rəhimova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və təhsil sisteminin inkişafı istiqamətində həyata keçirdiyi mühüm islahatlardan bəhs edib. 

Daha sonra universitetin Tarix kafedrasının professoru İkram Ağasiyev çıxış edərək Heydər Əliyevin siyasi fəaliyyətinin Azərbaycan tarixindəki müstəsna rolundan danışıb, onun uzaqgörən siyasətinin ölkənin inkişafında və müstəqilliyinin qorunub saxlanılmasında əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirin sonunda dahi şəxsiyyətin həyat və çoxşaxəli fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. 

Digər xəbərlər

Bütün xəbərlər