10-04-2025
Bakı Qızlar Universitetində “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün “Praktik tərcümə ” fənninin tərkib hissəsi olaraq, İngilis ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Jane Austen-in “Sense and Sensibility” (“Duyğu və Düşüncə”) əsəri əsasında çəkilmiş bədii filmin nümayişi təşkil olundu. Tədbirin məqsədi tələbələrin ədəbiyyat haqqında biliklərini dərinləşdirmək, tarixi kontekstləri daha aydın şəkildə mənimsəmək və dinləyib-anlama bacarıqlarını inkişaf etdirmək idi.
Tədris prosesində multimedia yanaşmadan, yəni vizual və eşitmə resurslarının birgə istifadəsindən yararlanmaq tələbələrin dərsə marağını artırmaqla yanaşı, onların tənqidi düşünmə, tərcümə bacarıqlarının formalaşdırılması və təhlil etmə bacarıqlarını da gücləndirir. Belə fəaliyyətlər fənlərarası inteqrasiya prinsipinə əsaslanaraq həm dil öyrənməsini, həm tərcümə, həm də ədəbiyyat dərslərinin effektivliyini artırır.
Filmin nümayiş zamanı tələbələr həm 18-ci əsrdə İngiltərənin mədəniyyətini, həm də dövrün sosial münasibətlərini filmdən analiz etmək imkanı qazandılar. Film nümayişindən sonra fənn müəllimləri Rəqsanə Məmmədova və Elmira Kənan tələbələrlə interaktiv müzakirə apararaq, onların əsər və film arasında müqayisə aparmaq, obrazları təhlil etmək və əsərin əsas ideyalarını müasir dövrlə əlaqələndirmək bacarıqlarını qiymətləndirdi.
Praktik tərcümə fənninin tədrisi zamanı ədəbi təhlil, dinləyərək anlama, leksik bacarıqların inkişafı, müstəqil tərcümə kimi fəaliyyət növu tələbəyönümlü tədris modelinə əsaslanaraq, tələbələrin müstəqil fikirlərini ifadə etmələrinə şərait yaradır.
18-04-2025
18-04-2025
15-04-2025
14-04-2025