16-05-2025
Bakı Qızlar Universitetinin Sosial-pedaqoji fakültənin “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan V kurs tələbəsi Sadiqova Zeynəb böyük uğura imza atıb. Magistraturaya qəbul imtahanının məntiq bölməsi üzrə 50 mümkün baldan 49 bal toplayaraq Respublika rekordçusu adına layiq görülüb.
Bu uğur təkcə tələbənin deyil, eyni zamanda universitetin yüksək təhsil səviyyəsinin və peşəkar müəllim heyətinin göstəricisidir.
Universitet kollektivi Zeynəbi təbrik edir, ona gələcək fəaliyyətində yeni zirvələr arzulayır!
16-05-2025
16-05-2025
15-05-2025
15-05-2025