19-04-2025
25 fevral 2025-ci il tarixində Bakı Biznes Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti quruculuğunun əsasıdır” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda müxtəlif ali təhsil müəssisələrindən olan gənc tədqiqatçıların elmi məqalələri dinlənilmiş, müzakirələr aparılmışdır. Tədbirdə Bakı Qızlar Universitetinin “Tarix müəllimliyi” və “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri də fəal iştirak etmişlər.
Sonda konfransda gənc tədqiqatçı və tələbələrə elmi rəhbərlik etdiyinə görə Bakı Qızlar Universitetinin “Tarix” kafedrasının dosent Sübhan Talıblı və universitetimizin 5 tələbəsi fəal iştiraklarına görə sertifikatla təltif olunmuşdur.
19-04-2025
18-04-2025
18-04-2025
15-04-2025