27-05-2026
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Axşam.az xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır.
Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.
Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram kimi qeyd olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramı günləri kimi müəyyən edilib.
28-05-2026
28-05-2026
23-05-2026
22-05-2026