27-11-2025
27 noyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının növbəti iclası keçirildi. İclasda universitetin rektoru, professor S. A. Rəhimova, tədris işləri üzrə prorektor H. Q. Abdullayeva, kafedranın müdiri Y. M. Hacıyeva, “Filologiya-tarix” fakültəsinin dekan müavini S. Q. İmanova və kafedranın elmi-pedaqoji heyəti iştirak etdi.
İclas kafedra müdiri Y. M. Hacıyevanın çıxışı ilə açıq elan olundu. O, cari tədris ilində görülən işlər və tətbiq edilən yeniliklər barədə məlumat verdi, xüsusilə universitetdə yeni ixtisaslar üzrə fənn proqramlarının hazırlanması məsələsinə toxundu. Müəllimlərin təqdim etdiyi proqramlar dinlənildi, onların məzmunu, strukturu, tədris planlarına uyğunluğu və metodik tələblərə cavab verməsi istiqamətində geniş müzakirələr aparıldı.
Gündəlikdə duran ikinci məsələ kafedra əməkdaşlarının elmi-tədqiqat fəaliyyətlərinin cari vəziyyəti idi. Müəllimlər öz elmi fəaliyyətləri üzrə hesabatlarla çıxış edərək, aparılan işlərin nəticələri və planlaşdırılan yeni istiqamətlər barədə məlumat verdilər.
Daha sonra Bakı Qızlar Universitetində tələbələr arasında həyata keçirilmiş monitorinqin nəticələri də təqdim olundu. Monitorinqin məqsədi tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbə məmnuniyyətinin artırılması və tədris prosesinin təkmilləşdirilməsinə dəstək vermək olub. Nəticələr əsasında müəyyən təkliflər və düzəliş istiqamətləri irəli sürüldü.
İclasın gündəliyində yer alan digər mühüm məsələ Qazaxıstan L.N.Gumilev adına Avrasiya Milli Universitetinin nümayəndə heyəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihə ilə bağlı olub.
Qazaxıstan tərəfinin təşəbbüsü ilə Türk Dövlətləri arasında birgə konfransın keçirilməsi, bu istiqamətdə qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanması və gələcək elmi-akademik fəaliyyətlərin birgə təşkili müzakirə olundu.
Sonda kafedra müdiri görülən işləri ümumiləşdirərək, qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini diqqətə çatdırdı və iclas iştirakçılarına fəal iştiraklarına görə təşəkkür etdi.
28-11-2025
28-11-2025
28-11-2025
27-11-2025