Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

28-05-2026

Bakı Qızlar Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş seminar keçirilib

Bakı Qızlar Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş seminar keçirilib

25 may 2026-cı il  tarixində Bakı Qızlar Universitetində Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş seminar keçirilib. Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi uğurunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki əhəmiyyətindən, müstəqilliyimizin qorunmasının vacibliyindən və gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin zəruriliyindən bəhs edib.

Seminarda tələbələr Fidan Qarayeva və Lamiyə Yüzbaşova məqalələrlə çıxış edərək, 28 Mayın Azərbaycan xalqının taleyində oynadığı mühüm roldan, dövlətçilik ənənələrimizin formalaşmasından və müasir Azərbaycanın inkişaf yolundan danışıblar. Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Seminarın əsas məqsədi tələbələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinin təbliği, gənclərin milli dövlətçilik ənənələrinə bağlılığının artırılması və müstəqilliyimizin əhəmiyyətinin gənc nəslə aşılanması olub.

Tədbirin sonunda tələbələr arasında fikir mübadiləsi aparılıb və 28 May – Müstəqillik Gününün Azərbaycan tarixindəki xüsusi yeri bir daha vurğulanıb.



Digər konfranslar

Bütün konfranslar