05-03-2025
Bakı Qızlar Universitetinin təcrübəçi tələbələri pedaqoji təcrübəni uğurla davam etdirirlər.
17 fevral 2025-ci il tarixindən etibarən Bakı Qızlar Universitetinin təcrübəçi tələbələri təhsil illərində qazandıqları bilik və bacarıqlardan istifadə edərək sınaq dərsləri keçirlər, müxtəlif tədbirlər təşkil edir və təlim-tədris prosesinin vacib aspektlərini həvəslə öyrənirlər.
Pedaqoji təcrübənin əsas məqsədi tələbələrin gələcək müəllimlik fəaliyyətinə daha yaxşı hazırlanmasına, sinif idarəetmə bacarıqlarını inkişaf etdirməsinə və real tədris mühiti ilə tanış olmasına xidmət edir. Təcrübə müddətində tələbələr yalnız fənn biliklərini yox, həm də şagirdlərlə ünsiyyət qurmaq, onların fərdi xüsusiyyətlərini nəzərə almaq və dərs prosesində innovativ metodlardan istifadə etmək bacarıqlarını formalaşdırırlar.
Pedaqoji təcrübənin təşkili və keçirilməsi ilə bağlı BQU-nun pedaqoji təcrübə rəhbəri Sədaqət Əliyeva, “Tədris işləri üzrə şöbə”nin müdiri, dosent Ulduz Qazvini, Tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, “Pedaqogika” kafedrasının müdiri, professor Həsən Bayramov, dosent Sara Bayramova və məktəb direktoru tərəfindən vebinar təşkil edilib. Daha sonra “Psixologiya”kafedrasının müəllimi Gülər Huseynova , “Xarici dillər” kafedrasının müəllimləri Elmira Kənan, Ofelya Mircavadlı və digər əməkdaşlar mütəmadi olaraq təcrübəçi tələbələrin dərslərində iştirak edir və onlara metodik tövsiyələr verirlər.
Təcrübə müddətində aparılan fəaliyyətlər çərçivəsində tələbələr dərs planları hazırlayır, interaktiv tədris üsullarını tətbiq edir və müxtəlif didaktik materiallardan istifadə edirlər
Pedaqoji tədbirlər çərçivəsində debatlar keçirilib, mədəni və tərbiyəvi söhbətlər aparılıb. Təcrübə müddətində tələbələrin fəaliyyəti müəllimlər və universitet rəhbərliyi tərəfindən izlənilir.
Qeyd edək ki, pedaqoji təcrübə ali təhsil müəssisələrində 25 may 2025-ci il tarixinədək davam edəcək.
09-03-2025
07-03-2025
05-03-2025
05-03-2025