Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

12-06-2025

ADPU-nun Şamaxı filialında keçirilən konfransda Bakı Qızlar Universiteti də təmsil olunub

ADPU-nun Şamaxı filialında keçirilən konfransda Bakı Qızlar Universiteti də təmsil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında böyük maarifçi şair Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim…” adlı Respublika elmi konfransı keçirildi. Tədbir Şamaxı Rayon İcra Hakimiyyəti, ADPU və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə baş tutdu. Konfrans çərçivəsində iştirakçılar əvvəlcə Seyid Əzim Şirvaninin məzarını ziyarət etdilər, ardınca Şamaxı Mədəniyyət Mərkəzində açılış mərasimi keçirildi.

Tədbirdə tanınmış alim və pedaqoqlarla yanaşı, Bakı Qızlar Universitetinin “Sosial-pedaqoji” fakültənin dekanı, dosent İlahə Quliyeva da iştirak edərək “Tələbəyönümlü tədrisin təşkilində fakültə dekanının rolu” adlı  məruzə ilə çıxış etdi. Onun çıxışı elmi-pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılandı və konfrans təşkilatçıları tərəfindən xüsusi sertifikatla təltif olundu.

 

Digər xəbərlər

Bütün xəbərlər