24-04-2024
24 aprel 2024-cü il tarixində Bakı Qızlar Universitetində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Yaşıl dünya” adlı elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Sosial pedaqoji fakültənin dekanı, dosent İlahə Quliyeva dünyanın ekoloji böhranı ilə əlaqədar vəziyyəti barədə ətraflı məlumat verərək "Yaşıl dünya ili"ndə görüləcək tədbirlərdən söz açdı. Daha sonra “Coğrafiya müəllimliyi ” ixtisası üzrə təhsil alan tələbələrdən Sadıqzadə Məleykə “Qlobal iqlim dəyişmələri”, İsmayılova Ceyran “Alternativ enerji mənbələri”, Mustafayeva Cəvahir “İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyəti” , Nəbizadə Ayşən “Su ehtiyatları”, Məmmədli Şəhla “Dünyada ekoloji vəziyyət” mövzularında təqdimat etdilər.
Seminarın sonunda Tədris işləri üzrə prorektor, professor Hava Abdullayeva ekoloji tərbiyə barədə öz dəyərli tövsiyələrini bölüşdü.