19-11-2025
Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə “Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirildi. Təlimdə Bakı Qızlar Universitetinin baş mühasibi Afaq Şirinova da iştirak etdi.
Təlim zamanı tələbə kreditləri ilə bağlı yeni tətbiqlər, kredit proseslərinin idarə olunması, maarifləndirmə mexanizmləri və təhsil müəssisələri üçün əməkdaşlıq imkanları barədə ətraflı məlumat verildi. Həmçinin iştirakçılara tələbə krediti modelinin üstünlükləri, sosial dəstək mexanizmləri və peşəkar bacarıqların təkmilləşdirilməsi istiqamətləri təqdim olundu.
Proqramı uğurla tamamlayan Afaq Şirinova təlim sonunda sertifikatla təltif edildi.
19-11-2025
19-11-2025
17-11-2025
17-11-2025