Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

16-02-2026

Bakı Qızlar Universitetində pedaqoji təcrübə ilə bağlı konfrans keçirilib

Bakı Qızlar Universitetində pedaqoji təcrübə ilə bağlı konfrans keçirilib

16 fevral 2026-cı il tarixində Bakı Qızlar Universitetində pedaqoji təcrübə ilə əlaqədar konfrans təşkil olunub. Tədbirdə universitet rəhbərliyi, fakültə dekanlığı, pedaqoji təcrübə rəhbərləri və təcrübəçi tələbələr iştirak ediblər.

    Konfransı giriş sözü ilə açan rektor prof. Sevinc Rəhimova pedaqoji təcrübənin gələcək müəllimlərin peşəkar formalaşmasında mühüm mərhələ olduğunu vurğulayaraq, tələbələrə öz tövsiyələrini çatdırıb.

Daha sonra tədris işləri üzrə prorektor prof. Hava Abdullayeva və pedaqoji təcrübə rəhbəri baş müəllim Sədaqət Əliyeva çıxış edərək, təcrübənin təşkili, keçirilmə mexanizmi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər. 

Bildirilib ki, pedaqoji təcrübə Bakı şəhərinin müxtəlif ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində həyata keçiriləcəkdir. Təcrübə müddətində tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla əlaqələndirməsi, pedaqoji prosesə fəal şəkildə qoşulması və peşə etikası prinsiplərinə əməl etməsi əsas prioritet kimi qeyd olunub.
Filologiya-tarix fakültəsinin dekan müavini Səyalə İmanova, Sosial-pedaqoji fakültənin dekanı dos. İlahə Quliyeva və ixtisaslar üzrə pedaqoji təcrübə rəhbərləri çıxış edərək tələbələrə davamiyyətin təmin olunması, dərs prosesinə məsuliyyətli yanaşma və nizam-intizam qaydalarına ciddi riayət olunması barədə tapşırıqlar veriblər.

Tədbirin sonunda tələbələrə təhkim olunduqları təhsil müəssisələri barədə ümumi məlumat təqdim edilib və onları maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi



Digər konfranslar

Bütün konfranslar