18-10-2024
17oktyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş birgə tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış üçün söz BQU-nun təsisçisi, prof. A.A.Rəhimova verildi.O, müstəqillik yolunda Azərbaycan xalqının keçdiyi şərəf yolundan danışaraq, tədbir iştirakçılarını “Müstəqilliyin bərpası Günü” münasibəti ilə səmimi qəlbdən təbrik etdi, onlara sağlamlıq, iş fəaliyyətlərində müvəffəqiyyətlər arzu etdi.
BQU-nun rektoru, prof. S.Rəhimova bu bayramın əlamətdar gün olduğunu qeyd edərək, ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə dövlətçiliyin möhkəmləndirilməsindən, milli ruhun yüksəldilməsindən və xidmətlərindən bəhs etdi. Daha sonra söz qonaqlara verildi.
Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bu gün oxudugumuz tarixin ən yeni tarix olduğunu, Azərbaycan xalqının bir əsrdə iki dəfə müstəqilliiyini elan etdiyi barədə iştirakçıların diqqətinə çatdırdı. Çıxışında G.Verdiyeva ulu öndərin layiqli davamçısı prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan xalqının öz müstəqilliyini qoruyub saxlamasından və Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun ərazi bütövlüyümüzü bərpa etməsindən və şanlı Qələbə qazanmasından danışdı.
Sonra söz “Tarix” kafedrasının müdiri, dos. Əzizağa Ələkbərliyə söz verildi. O, tədbir iştirakçılarını Azərbaycanın müstəqilliyini əbədi və dönməz edən H. Əliyevin “Müstəqiliyi qazanmaq asandır,amma qorumaq çətindir” sitatına diqqət çəkərək, qarşımızda çox müqəddəs bir vəzifə olduğunu bildirdi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Sənan Hüseynov öz çıxışında bu bayramın əhəmiyyəti, missiyasi barəsində məlumat verdi.
Tədbirin sonunda müstəqillik gününə həsr olunmuş videoçarx izlənildi, bədii kompozisiyalar nümayiş etdirildi və qonaqlarla birgə xatirə şəkilləri çəkdirildi.