07-02-2025
Musayeva İradə Əyyub qızı 1963-cü il dekabr ayının 15-də Ağdam şəhərində anadan olmuşdur.
1971-1981-ci illərdə Ağdam şəhər 6№li orta məktəbdə oxumuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub 1987-ci ildə Universiteti filoloq, Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə bitirmişdir.
1987-ci ildə Ağdam şəhərinin Evoğlu kənd orta məktəbinə müəllim təyin edilmiş, 1997-ci ilə qədər həmin məktəbdə fəaliyyət göstərmişdir.
1997-ci ildən Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının baş müəllimi, 2002-ci ldə “Sosial-iqtisadi”, 2008-ci ildə “Filologiya-tarix” fakültəsinin dekanı, 2009-2013-cü illərdə tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır.
2001-ci ildə “Vaqif Səmədoğlunun poeziyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmlər namizədi, sonrakı illərdə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
“Vaqif Səmədoğlunun poetik dünyası”, “Tənqidin sözü-sözün tənqidi” adlı kitabların, müasir Azərbaycan nəsrinin, poeziyasının və dramaturgiyasının problemlərinə həsr olunmuş xeyli sayda elmi məqalələrin, həmçinin tədris-metodik vəsaitlərin müəllifi idi.
BQU rəhbərliyi və kollektivi İradə Musayevanın vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
18-02-2025
17-02-2025
17-02-2025
07-02-2025