17-02-2025
17 fevral 2025-cü il tarixdə Bakı Qızlar Universitetinin rektoru prof. Sevinc Rəhimova, Tədris işləri üzrə prorektor prof. Hava Abdullayeva, “Sosial-pedaqoj” fakültənin dekanı dos. İlahə Quliyeva və “Filologiya-tarix” fakültəsinin dekanı Səyalə İmanova ,təcrübə rəhbəri Sədaqət Əliyeva və təcrübəçi tələbələrin iştirakı ilə pedaqoji təcrübəyə həsr olunmuş konfrans keçirilmişdir.
Sonra universitetin rektoru prof. Sevinc Rəhimova, prof.Hava Abdullayeva və pedaqoji təcrübə rəhbəri Sədaqət Əliyeva çıxış edərək pedaqoji təcrübə ilə bağlı təcrübəçi tələbələri məlumatlandırdılar. Bildirildi ki, pedaqoji təcrübənin Bakı şəhəri Nəsimi rayonunun 240 saylı tam orta ümumtəhsil məktəbi və Elitar Gimnaziyada, Yasamal rayonunun 13,18,158 saylı tam orta ümumtəhsil məktəblərində, “Qərənfil”, 132,182 saylı uşaq bağçası və körpələr evlərində, “Narınc “ və “Epilda” Psixologiya və Nitq Mərkəzlərində keçirilməsi nəzərdə tutulmuşdur. Filologiya-tarix fakültəsinin dekanı Səyalə İmanova , Sosial-pedaqoji fakültənin dekanı İlahə Quliyeva və ixtisaslar üzrə pedaqoji təcrübə rəhbərləri çıxış edərək tələbələrə dərsdən yayınma kimi neqativ hallara yol verməməyi və nizam-intizam qaydalarına əməl etməyi tapşırdılar. Yekunda tələbələrə təhkim olunduqları məktəblə, məktəbəqədər tıhsil müəssiəsələrini və onların ünvanları barəsində məlumat verildi.
18-02-2025
17-02-2025
17-02-2025
07-02-2025