04-02-2026
Bakı Qızlar Universitetinin “Psixologiya” kafedrasının baş müəllimi Ayşən Salahova, dünyanın ən nüfuzlu psixoloji təşkilatlarından biri olan American Psychological Association (APA)-ya beynəlxalq üzv (International Member) statusu ilə qəbul olunmuşdur.
APA üzvlüyü psixologiya sahəsində beynəlxalq elmi standartlara uyğunluğun, peşəkar inkişafın və akademik fəaliyyətin göstəricisi hesab olunur. Bu üzvlük Ayşən Salahovanın beynəlxalq səviyyədə tanınan elmi və praktik fəaliyyətinin təsdiqidir.
Bakı Qızlar Universiteti olaraq əməkdaşımızı bu nüfuzlu nailiyyət münasibətilə təbrik edir, gələcək akademik və elmi fəaliyyətlərində uğurlar arzulayırıq.