Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

29-05-2024

BQU məzunlarının buraxılış gecəsi

BQU məzunlarının buraxılış  gecəsi

27 may 2024-cü il tarixində Bakı Qızlar Univeristetində  2023-2024-ci tədris ili məzunlarının təntənəli buraxılış gecəsi keçirildi. 

Gecədə universitetin  rəhbərliyi, professor-müəllim heyəti, valideynlər və cari ilin məzunları iştirak etdilər.

Azərbaycan Respublikası  Dövlət Himninin səsləndirilməsindən sonra  tədbiri açan BQU-nun rektoru, professor Sevinc Rəhimova  məzunları təbrik edərək,onlara gələcək karyeralarında  uğurlar arzuladı.

 Daha sonra tədris işləri üzrə prorektor, prof.Hava Abdullayeva, tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, “Sosial-pedaqoji” fakültənin dekanı İlahə Quliyeva, “Filologiya-tarix” fakültənin dekanı Mirvari Akkoç, “Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə” şöbə rəhbəri  Elmira Kənan,  “Pedaqogika” kafedrasının baş müəllimi Əlibala Zalov, “Tarix” kafedrasının  baş müəllimi Xatirə Bəylərzadə və digər əməkdaşlar  çıxış edərək səmimi  arzularını çatdırdılar. Sonra tələbələr öz xatirələrini bölüşərək, hazırladıqları videoçarxı təqdim etdilər.

Tədbirin ən maraqlı hissəsi  isə bu ilin məzunu Lalə Abbasovanın  solo iştirakı ilə vaxtilə BQU məzunları olmuş, indi isə BQU-nun əməkdaşları kimi fəaliiyət göstərən müəllimlər Səyalə İmanova,  Gülər Hüseynova, Sədaqət Əliyeva, Xatirə Bəylərzadə, Aləmzər Fətəliyeva və Sevda Quliyevanın birgə ifa etdikləri  “Əziz müəllimim” mahnısı oldu.

Universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən məzunların təltif olunmasından sonra xatirə şəkilləri çəkildi.

Buraxılış gecəsi maraqlı konsert proqramı ilə başa çatdı.

 

Digər xəbərlər

Bütün xəbərlər