30-11-2025
Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının baş müəllimi Ayşən Təvəkkül qızı Salahovanın “The Psychological Impact of the Concepts of ‘Virtual Self’ and ‘Real Self’” mövzusunda elmi məqaləsi dərc edilmişdir.
Məqalədə müasir dövrdə geniş yayılmış ‘virtual mən’ və ‘real mən’ anlayışlarının psixoloji təsirləri elmi kontekstdə təhlil edilir. Tədqiqatda sosial şəbəkələrin, rəqəmsal identiklik quruculuğunun və özünüdərk proseslərinin insan psixikasına təsir mexanizmləri araşdırılmışdır. Müəllif virtual özlük ilə real özlük arasındakı uyğunsuzluqların emosional rifaha, şəxsiyyətin formalaşmasına və sosial münasibətlərə olan təsirini elmi ədəbiyyat və aktual empirik məlumatlar əsasında qiymətləndirmişdir.
Məqaləyə keçid üçün: https://zenodo.org/records/17496653
https://journal.pedaqoq.az/?p=1051
02-12-2025
02-12-2025
02-12-2025
01-12-2025