05-11-2024
05 noyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə " TGT ailəmizi tanıyaq" adlı layihə həyata keçirildi. Layihə çərçivəsində əvvəlcə BQU TGT -in sədri Aydan Mahmudova "TGT nədir?" mövzusunda slayd təqdimatı ilə çıxış edərək, BQU-da TGT-nin fəaliyyəti və uğurları barədə məlumat verdi.
Eyni zamanda “Sosial-pedaqoji” fakültənin TGT üzrə sədri Səma Əsgərova , “Filologiya-tarix” fakültəsinin TGT üzrə sədri Şəhla Zeynalova da çıxış edərək, BQU TGT -in tərkibinə daxil olan müxtəlif klublar haqqında məlumat verdilər. Həmçinin, bu klubların fəaliyyətini əks etdirən videoçarxlar izlənildi.
Universitetin tədris işləri üzrə prorektoru prof. H.Abdullayeva çıxış edərək, universitetin nizam-intizam və sanitariya qaydaları, kredit sistemi və istiqamətləri barədə məlumat verdi. O, həmçinin, COP29 ilə əlaqədar görüləcək tədbirləri də tələbələrin diqqətinə çatdırdı.
Son olaraq, “Sosial-pedaqoji” fakültənin dekanı dos. İ. Quliyeva “Microsoft Teams” proqramı haqqında ümumi məlumat verdi. O, bu proqramın məsafədən tədris prosesinin təşkili üçün geniş imkanlar təqdim etdiyini qeyd etdi. Dekan tələbələrə müvafiq tapşırıqlar verərək, COP29 dövründə onları onlayn dərslərdə daha aktiv və fəal olmağa çağırdı.