Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

18-04-2025

BQU-da "Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində tədbir keçirildi

BQU-da  "Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində tədbir keçirildi

17 aprel 2025-ci il tarixində Bakı Qızlar Universitetinin akt zalında "Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində keçirilən tədbirdə iştirakçılara proqramın məqsədi və əhatə dairəsi haqqında ətraflı məlumat verildi.

Tədbirdə çıxış edən Bakı Qızlar Universitetinin Karyera Bölməsinin rəhbəri Ləman Mustafazadə təcrübə proqramının gənclərin inkişafında və karyera imkanlarının genişlənməsində mühüm rol oynadığını vurğuladı.

“Maarifçi” proqramının təqdimatı zamanı iştirakçılara layihəyə necə qoşulmaq və seçim mərhələləri barədə təlimatlar verildi.

Görüş interaktiv formatda keçdi, iştirakçılar öz suallarını ünvanlayaraq proqram haqqında daha dolğun məlumat əldə etdilər.

Digər xəbərlər

Bütün xəbərlər