29-05-2025
29 may 2025-ci il tarixində Bakı Qızlar Universitetində 2024–2025-ci tədris ilinin yaz semestri imtahan sessiyasının başlanması ilə əlaqədar iclas keçirildi.
İclası giriş sözü ilə açan universitetin rektoru, professor Sevinc Rəhimova yaz sessiyasının başlanması münasibətilə çıxış edərək kollektivə uğurlar arzuladı. Ardınca çıxış üçün söz tədris işləri üzrə prorektor, professor Hava Abdullayevaya verildi. O, tələbələrin biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi məqsədilə Operativ Qərargahın və tələbə müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyasının yaradıldığını qeyd etdi.
İmtahan prosesində nəzarətçilərin peşəkarlıq səviyyəsinin artırılması, yarana biləcək hər hansı çətinliklərin vaxtında aradan qaldırılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi. İclasda, həmçinin imtahanların təşkili ilə bağlı digər vacib məsələlər müzakirə olundu və müvafiq göstərişlər verildi.
Qeyd edək ki, Bakı Qızlar Universitetində imtahan sessiyasının yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait yaradılıb. Elmi Şuranın qəbul etdiyi qərarlar sessiyanın səmərəli, obyektiv və ədalətli keçirilməsinə yönəlib.
02-06-2025
01-06-2025
29-05-2025
29-05-2025