24-05-2024
23 may 2024-cü il tarixində Bakı Qızlar Universitetində psixoloq, NLP təlimçisi, “Psixologiya” kafedrasının dosenti Məhərrəm Əliyevin “Hədəflər, yaşam tərzi və şəxsi ahəng” mövzusunda təlimi baş tutdu.
Seminarda M.Əliyev hədəflərdən arzulanan nəticəyə doğru gedən yolda atılan addımlar haqqında seminar iştirakçılarına ətraflı məlumat verdi. Yaşam tərzi və şəxsi ahəng anlayışlarına açıqlıq gətirən təlimçi hədəflərin şəxsi ahəngə götürəcək şəkildə müəyyən edilməsinin mühüm olduğunu qeyd etdi.
Çıxışda, həmçinin, Smart modeli, Dekart koordinatı və Həyat çarxı çalışmasının hədəflərə çatmaq yolunda labüd addımlar olduğu vurğulandı. Təlimçinin sadaladığı arzu edilən nəticəyə çatmağın əsas şərtləri seminar iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sonda M.Əliyev vizuallaşdırma və modelləmənin hədəflərə nail olmaq yolunda zəruri olduğunu iştirakçıların diqqətinə çatdırdı.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024