Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

17-11-2025

Bakı Qızlar Universitetində magistrantlarla görüş keçirilib

Bakı Qızlar Universitetində magistrantlarla görüş keçirilib

 15 noyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində magistrantların elmi rəhbərləri ilə birgə iclası keçirildi. Görüşdə elmi rəhbərlər və magistrantların dissertasiya mövzularının təsdiqi məsələləri müzakirə olundu.

Saat 11:00-da baş tutan iclasda  BQU təsisçisi, professor Aqarəhim Rəhimov, BQU-nun rektoru, professor Sevinc Rəhimova, tədris işləri üzrə prorektor Hava Abdullayeva, “Pedaqogika” kafedrasının professoru Akif Abbasov, beynəlxalq əlaqələr və elmi işlər üzrə prorektor İntiqam Cəbrayılov, həmçinin magistrantlarla işləyəcək elmi rəhbərlər iştirak etdilər. 

  Tədbirin məqsədi magistrantlara elmi istiqamətlərin təqdim olunması, mövzu seçimlərinə dəstək göstərilməsi və elmi tədqiqat mərhələsinə hazırlığın gücləndirilməsi olub.

Görüş zamanı magistrantlara elmi-tədqiqat prosesinin mərhələləri, dissertasiya mövzularının tələbləri və elmi rəhbərlərlə əməkdaşlıq prinsipləri barədə geniş məlumat verildi.

 

 

Digər xəbərlər

Bütün xəbərlər