16-05-2025
Bakı Qızlar Universitetində pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin pedaqoji təcrübə müddəti yekunlaşmaq üzrədir.
Filologiya və tarix fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə təhsil alan F1-21 qrupunun təcrübəçi tələbələri — Qəhrəmanova Aysel, Fətullazadə Leyla və Baxşəliyeva Mehriban — 13 nömrəli məktəbdə keçirdikləri pedaqoji təcrübə çərçivəsində “Vətənpərvərlik” adlı tədbir təşkil ediblər.
Tədbirin qonağı olan Milli Qəhrəman Fariz Qəhrəmanov öz döyüş yolu və qəhrəmanlıq fəaliyyəti haqqında danışaraq, məktəblilərə və tələbələrə vətənpərvər olmağı tövsiyə edib. O vurğulayıb ki, əsgərlərimiz xalqımızın təhlükəsiz və firavan həyatı, eləcə də torpaqlarımızın müdafiəsi naminə canlarını belə fəda etməyə hazırdırlar. Bu dəyərlərə sahib çıxmaq üçün şagird və tələbələr dərslərinə məsuliyyətlə yanaşmalı, tariximizi öyrənməli və vətən sevgisini qəlblərində daşıyan bir nəslin nümayəndəsi olmalıdırlar.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
17-05-2025
16-05-2025
16-05-2025
15-05-2025