09-12-2025
Bakı Qızlar Universitetinin “Filologiya–tarix” fakültəsinin tələbələri tanınmış maarifçi, siyasətçi və yazıçı Nəriman Nərimanovun xatirə ev-muzeyini ziyarət etdilər. Səfər fakültənin baş müəllimi Mina Əliyevanın təşkilatçılığı ilə həyata keçirildi.
Muzeydə tələbələrə Nəriman Nərimanovun müəllimlik fəaliyyəti, tibb sahəsində yenilikləri, ictimai-siyasi görüşləri və dövlətçilik tarixində rolu haqqında ətraflı məlumat verildi. Gənclərə böyük maarifçi ziyalının müxtəlif mövzularda yazdığı əsərlərinin nəşrləri, o cümlədən “Ucaqlarda inqilabımızın tarixi”, “Tibb və İslam”, “Hacı Zeynalabdin Tağıyevin 50 illiyi”, “Məişətə və cəmiyyətə xidmət” kimi kitablarının çap nümunələri təqdim olundu. Muzey tərəfindən tələbələrə Nəriman Nərimanovun oğlu Nəcəfə ünvanladığı “Bitməmiş məktub”un faksimik surəti xatirə olaraq hədiyyə edildi. Gənclərə müxtəlif əsərlərinin nəşrləri və “Bitməmiş məktub”*un faksimil surəti xatirə olaraq təqdim olundu.
Ekskursiya zamanı müəllim və tələbələr İstiqlaliyyət Bəyannaməsi abidəsi önündə xatirə fotosu çəkdirdilər. 7 dekabr – Azərbaycan Parlamentinin açılış günü münasibətilə heyət indiki Əlyazmalar İnstitutunun binasını (keçmiş Parlament binası) da ziyarət edərək, tarixi ekspozisiya ilə tanış oldular.
09-12-2025
08-12-2025
08-12-2025
05-12-2025