Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

18-05-2024

"TANI, OXU, TANIT" layihəsi Bakı Qızlar Universitetində

"TANI, OXU, TANIT" layihəsi Bakı Qızlar Universitetində

    17 may 2024-cü il tarixində Bakı Qızlar Universiteti Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşdirdiyi "Tanı, oxu, tanıt" ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində növbəti bir tədbirə ev sahibliyi etdi.

Tədbiri giriş sözü ilə açan  universitetin rektoru, prof. Sevinc Rəhimova qonaqları salamlayaraq insan mənəviyyatının inkişafında bədii sözün əhəmiyyətindən və  ədəbi mühitin  inkişafa  müsbət təsirindən danışdı. Sonra DGTYB-nin fəaliyyəti ilə bağlı video-çarx nümayiş olundu.

  Ardınca  Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, DGTYB  Məsləhət Şurasının başqanı, şair- publisist Əkbər Qoşalı, Birliyin başqanı, şair-publisist İntiqam Yaşar, Birliyin idarə heyətinin üzvləri şair Elvin İntiqamoğlu, Yusif Nazim və başqan müavini, şair-publisist Ayşən Rəhim DGTYB-nin ədəbiyyat ilə əlaqədar layihələrindən danışaraq şeirlərindən səsləndirdilər. Daha sonra BQU TGT-nin  bədii qiraət klubunun üzvləri  müxtəlif  şeirlər və mahnılar təqdim etdilər.

 İştirakçılara DGTYB-nin nəşr etdirdiyi ədəbi toplular hədiyyə edildi . 

 Tədbir  xüsusi  fəallıq göstərən tələbələrə diplomların verilməsi və  xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatdı.

Digər xəbərlər

Bütün xəbərlər