27-01-2026
Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının baş müəllimi Nuranə Əliyevanın “Trends in the Development of Democratic Education Policy in Azerbaijan” adlı məqaləsi III Beynəlxalq Sosial Elmlər və Humanitar Elmlər Akademiyası Konqresinin (ISHACONGRESS 2025) materiallar toplusunda çap olunub. Məqalədə Azərbaycanda demokratik təhsil siyasətinin inkişaf istiqamətləri araşdırılıb və aktual pedaqoji problemlər təhlil edilib.