11-05-2024
02 may 2024-cü il tarixindən Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasında magistr dissertasiyalarının müzakirəsinə başlanılmışdır.
“Pedaqogika” kafedrasının müdiri, professor Həsən Bayramov çıxış edərək bildirdi ki, may ayı ərzində kafedrada “Pedaqogika” və “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə 31 magistr dissertasiyası müzakirə olunacaqdır.
Müzakirələrdə kafedranın əməkdaşları ilə yanaşı, universitetin rektoru, professor S.A.Rəhimova, tədris işləri üzrə prorektor, professor H.Q.Abdullayeva da iştirak etdilər.
Müzakirələrdə magistrantların, elmi rəhbərlər və rəyçilərin çıxışları zamanı dissertasiyalarının aktuallığı, elmi və praktiki əhəmiyyəti vurğulandı.
Magistratura təhsil səviyyəsi üzrə magistr dissertasiyalarının müzakirəsi may ayının sonunadək davam edəcəkdir.