03-03-2025
Bakı Qızlar Universitetinin Keyfiyyət Təminatı və Monitorinq Şöbəsi tərəfindən təşkil olunan iclasda, universitetin müxtəlif kafedralarının təhkim edilmiş əməkdaşları iştirak etmişdir. İclasın əsas məqsədi, kafedralar arasında əməkdaşlığın inkişaf etdirilməsi və sənədləşmənin təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyətlərin müzakirə olunmasıdır.
İclasda iştirak edən kafedralar və təmsilçiləri aşağıdakı kimidir:
Azərbaycan dili və ədəbiyyat kafedrası - b/m A.Y.Cəfərova
Pedaqogika kafedrası – b/m S.F.Rzayeva
Psixologiya kafedrası - b/m Ü.A.Nəhmətova
Riyaziyyat, informatika və təbiət elmləri kafedrası - b/m A.V.Məmmədova
Xarici dillər kafedrası - b/m E.S.Kənan
Tarix kafedrası - b/m X.T.Bəylərzadə
İclasda həmçinin “Elmi Əsərlər” jurnalının redaktoru L.Əlizadə və “Filologiya-tarix” fakültəsinin tyutoru A.Salahova iştirak edərək tədris və elmi tədqiqatların keyfiyyətini yüksəltmək məqsədilə müxtəlif təkliflər irəli sürmüşlər.
Tədbirdə, kafedralar arasındakı əlaqələrin daha səmərəli şəkildə qurulması, sənədləşmə proseslərinin optimallaşdırılması və təhsil ilə bağlı müvafiq sənədlərin düzgün tərtib olunması məsələləri müzakirə olunmuşdur. Əməkdaşlıq çərçivəsində hər bir kafedranın rəhbərləri, tədrisin və elmi fəaliyyətin səmərəliyini artırmaq məqsədilə sənəd dövriyyəsi və koordinasiya işlərini daha da gücləndirməyi qarşıladıqlarını bildirmişlər.
Gələcəkdə bu cür əməkdaşlıq iclaslarının təkrarlanması və universitetin müxtəlif kafedraları arasında məlumat mübadiləsinin və sənədləşmə işlərinin inkişaf etdirilməsi məqsədilə bir neçə təkliflər irəli sürülüb.””Keyfiyyət Təminatı və Monitorinq Şöbəsi”, bu cür təşəbbüslərin təhsilin və elmi fəaliyyətin keyfiyyətini artıracağına inanır.
26-04-2025
26-04-2025
25-04-2025
25-04-2025