Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

08-01-2026

Bakı Qızlar Universitetində xarici dil və coğrafiya müəllimliyi ixtisasları üzrə şifahi imtahanlar keçirilib

Bakı Qızlar Universitetində xarici dil və coğrafiya müəllimliyi ixtisasları üzrə şifahi imtahanlar keçirilib

Bakı Qızlar Universitetində 2025–2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyasında  “Xarici dil müəllimliyi”  və “Coğrafiya müəllimliyi” ixtisasları  üzrə təhsil alan tələbələr üçün şifahi imtahan keçirilib.

Cari tədris ilində ilk dəfə təşkil olunan “Xarici dilin tədrisi metodikası” fənni üzrə təşkil olunmuş şifahi imtahanlar XD-22 qrup tələbələrinin bilik və bacarıqlarının qiymətləndirilməsinə xidmət edib. İmtahan prosesi akademik tələblərə uyğun şəkildə, şəffaf və obyektiv prinsiplər əsasında aparılıb.

Şifahi imtahanı “Xarici dillər”kafedrasının  müdiri, professor Çingiz Qaraşarlı  və həmin kafedranın əməkdaşı Ramilə Güvəndiyeva qəbul ediblər.

  Eyni zamanda “Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alan C-22 qrupunun “Coğrafiyanın tədrisi metodikası” fənnindən şifahi imtahanı  “Sosial-pedaqoji fakültənin dekanı, dosent İlahə Quliyeva və kafedranın əməkdaşı Sevər Kazımova  tərəfindən aparılıb.

İmtahan prosesində “Filologiya–tarix” fakültəsinin dekan müavini Səyalə İmanova da iştirak edərək, imtahanın gedişini müşahidə edib. Bu, qiymətləndirmə prosesində akademik nəzarətin və obyektivliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər

Bütün xəbərlər