11-07-2026
2025–2026-cı tədris ilinin yaz semestri üzrə Bakı Qızlar Universitetində I, II və III kurs tələbələri üçün keçirilən 25% təkrar imtahanları 8 və 11 iyul 2026-cı il tarixlərində uğurla yekunlaşdı.
İmtahanların şəffaf, obyektiv və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə Universitetin Operativ Qərargahı və İmtahan Komissiyası bütün imtahan prosesi ərzində fəaliyyət göstərib. İmtahan Komissiyasının sədri və üzvləri imtahanların gedişini mütəmadi olaraq izləyib, auditoriyalarda nəzarəti həyata keçirib.
Qeyd edək ki, 25% təkrar imtahanlarının başa çatması ilə 2025–2026-cı tədris ilinin yaz semestri üzrə bütün imtahan prosesi yekunlaşıb.
Bununla belə, tələbələrin müraciətlərinin qəbulu, imtahan nəticələri ilə bağlı məsələlərin operativ araşdırılması və digər təşkilati işlərin həyata keçirilməsi məqsədilə Operativ Qərargah və İmtahan Komissiyası fəaliyyətini davam etdirir.
Bakı Qızlar Universiteti bütün tələbələrə gələcək təhsil həyatlarında uğurlar arzulayır.
11-07-2026
03-07-2026
02-07-2026
01-07-2026