Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

18-04-2026

Bakı Qızlar Universitetində ‘Şəhərlər: Gələcəyin Coğrafiyası’ mövzusunda elmi konfrans

Bakı Qızlar Universitetində ‘Şəhərlər: Gələcəyin Coğrafiyası’ mövzusunda elmi konfrans

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində WUF13-ə dəstək məqsədilə “Gələcəyin şəhərləri” gənclər həftəsi elan edilib. Gənclər həftəsi çərçivəsində 16 aprel 2026-cı ildə Bakı Qızlar Universitetində Tələbə Gənclər Təşkilatının və  Tələbə Elmi Cəmiyyəti xətti ilə fəaliyyət göstərən “Gənc Təbiətşünaslar” klubunun təşəbbüsü ilə “Şəhərlər: Gələcəyin Coğrafiyası” mövzusunda elmi konfrans keçirilib. Konfrans çərçivəsində urbanizasiya proseslərinin müasir mərhələdə inkişaf xüsusiyyətləri, şəhərlərin gələcək coğrafi perspektivləri və bu sahədə aparılan elmi tədqiqatlar müzakirə olunub.
Konfransın açılış mərasimini Tarix kafedrasının baş müəllimi Sevər Kazımova edərək tədbirin əhəmiyyətindən bəhs edib. Bundan əlavə, Psixologiya kafedrasının baş müəllimi Cavid Musayev və Riyaziyyat, informatika və təbiət fənləri kafedrasının baş müəllimi Zümrüd Pənahova konfransda iştirak ediblər.
Konfransın elmi hissəsində “Gənc Təbiətşünaslar” klubunun rəhbəri, C-23 qrup tələbəsi Səbinə Fərzəliyeva çıxış edib. Bununla yanaşı, Aybəniz Məmmədova, Nurcan Mahmudova, Sevinc Səmədzadə, Firəngiz Süleymanova, Gülsüm İsgəndərova, Gülüstan İslamova və Səbinə Ələsgərova tərəfindən hazırlanmış elmi məqalələr təqdim olunub. Təqdimatlar çərçivəsində şəhərlərin inkişafı, urban mühitin transformasiyası və sosial-coğrafi məsələlər geniş şəkildə işıqlandırılıb.
Tədbirin sonunda tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova çıxış edərək tələbələrə öz tövsiyələrini verib, fəal iştirak edənlər isə fəxri fərmanla təltif olunublar.
Tədbirin bədii hissəsində isə “Günəş” xor qrupunun çıxışı iştirakçılara təqdim olunub.
Qeyd edək ki, konfrans gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların araşdırma bacarıqlarının inkişaf etdirilməsi və müasir coğrafi problemlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.



Digər konfranslar

Bütün konfranslar