23-04-2024
23 aprel 2024- cü il tarixində Bakı Qızlar Universitetində “Ünsiyyət bacarıqları” mövzusunda təlim baş tutdu.
Giriş nitqi ilə çıxış edən Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova tədris prosesi zamanı müəllim və tələbə münasibətlərində ünsiyyətin düzgün qurulmasının vacibliyini vurğuladı və sözü “Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi”nin təsisçi direktoru, ailə-uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanovaya verdi.
Vüsalə Əmiraslanova gənclərimizdə ünsiyyət bacarıqlarını inkişaf etdirilməsi üçün özünəinam hissinin böyük əhəmiyyət kəsb etdiyini bildirdi və bunun əsasında iştirakçılar arasında praktiki məşqlər nümayiş etdirdi. Sonra Bakı Qızlar Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminova Azərbaycanın kinosunun incilərindən maraqlı fraqmentlər təqdim edərək müəllim-şagird münasibətlərində ünsiyyətin növlərindən, fikir mübadiləsi funksiyalarından və pedaqoji distansiyanın normalarından bəhs etdi.
Təlimin sonunda xatirə şəkilləri çəkdirildi.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024