08-01-2026
Bakı Qızlar Universitetinin “Tarix”kafedrasının dosenti Sübhan Talıblının həmmüəllifi olduğu elmi məqalə Macarıstanda nəşr olunan və Web of Science beynəlxalq elmi bazasında indeksləşdirilmiş Modern Geografia jurnalında çap edilib.
Məqalə dosent Sübhan Talıblı və həmkarı Asim Cənnətov tərəfindən hazırlanıb və Xəzər dənizinin hüquqi statusu mövzusuna həsr olunub.Tədqiqatda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi prosesində yaranan əsas çətinliklər, bu məsələdə Rusiya və İran tərəflərinin mövqeləri, regionun zəngin enerji resurslarının geosiyasi əhəmiyyəti, eləcə də Azərbaycan Respublikasının dövlət maraqlarının qorunması məsələləri elmi-nəzəri əsaslarla təhlil edilib.
Məqalə Xəzər hövzəsinin hüquqi, geosiyasi və ekoloji aspektlərini kompleks şəkildə araşdırmaqla yanaşı, Azərbaycanın milli maraqlarının beynəlxalq hüquq müstəvisində müdafiəsi baxımından da mühüm elmi əhəmiyyət daşıyır.
Məqalə ilə tanış olmaq üçün keçid:
🔗 https://moderngeografia.eu/en/the-caspian-sea-basin-legal-geopolitical-and-environmental-issues/
08-01-2026
08-01-2026
06-01-2026
31-12-2025