04-10-2024
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin aparıcı elmi işçisi, Bakı Qızlar Universitetinin “Tarix“ kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərlinin ictimaiyyətə təqdim olunan “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə elmi əlaqələri (1920-1991)” adlı monoqrafiyasında elmi əlaqələrin qarşılıqlı təsir tarixi tədqiq olunur, elmi müəssisələrinin, o cümlədən ayrı-ayrı elm xadimlərinin ölkə iqtisadiyyatının inkişafına, əhalinin sosial həyat tərzinin yüksəlməsinə və cəmiyyətin dünya sivilizasiyasına inteqrasiyasına dəstək məsələləri araşdırılır.
Monoqrafiya elmi ictimaiyyət və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.