Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi

Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi Bakı Qızlar Universitetinin Elmi Şuranı  ilə  2024-ci ildən təsis olunub və şöbə öz fəaliyyətində “Təhsil haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası  qanunlarını,  BQU-nun Nizamnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutur. 

Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsi ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir. 

Universitetin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə universitetdə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, press-relizlər, bəyanatlar, müsahibələr, çıxışlar, elanlar  və s. hazırlayır. İctimaiyyətlə əlaqələr sahəsində normativ aktların və təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir. Universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlamaq və təhrif  hallarının aradan qaldırlması üçün tədbirlər görmək də şöbənin fəaliyyətinə daxildir. Eyni zamanda şöbə universitetin ictimaiyyətlə əlaqələrinin düzgün qurulmasını həyata keçirməklə, təşkil olunan tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin etmək, ictimaiyyətin universitetdə görülən işlər və qarşıda duran hədəflərlə bağlı  məlumatlandırılmasını və universitet imicinin qorunmasını təmin etmək məqsədi ilə fəaliyyət göstərir. 

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

Mətbuat və ictimaiyyətlə əlaqələr  üzrə şöbə rəhbəri Elmira  Kənan Səfərəli qızıdır.