29-01-2026
Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının professoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri İsmayıl Kazımovun “Azərbaycan dilinin tarixi” adlı kitabının nəşr olunması elm ictimaiyyəti üçün əlamətdar hadisədir.
Kitabda Azərbaycan dilinin formalaşma mərhələləri, fonetik, leksik və qrammatik inkişaf xüsusiyyətləri, eləcə də dil tarixinin əsas məsələləri elmi əsaslarla təhlil olunmuşdur. Nəşr tələbələr, magistrlər, doktorantlar və dilçilik sahəsinə maraq göstərən oxucular üçün dəyərli mənbədir.
Bakı Qızlar Universitetinin kollektivi adından hörmətli professoru bu mühüm elmi nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona elmi və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
29-01-2026
27-01-2026
27-01-2026
24-01-2026