Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

14-04-2025

Bakı Qızlar Universitetinin tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının II turunda iştirak ediblər

Bakı Qızlar Universitetinin tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının II turunda iştirak ediblər

9 aprel 2025-ci il tarixində Bakı Qızlar Universitetinin tələbələri ali təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının ikinci turunda iştirak ediblər.

Tədbirdə universitetin tələbələri müxtəlif janrlarda çıxışlar ediblər. Bədii qiraət üzrə “Onu zaman seçib” adlı ədəbi-bədii kompozisiya təqdim olunub, rəqs üzrə “Nəlbəki” rəqsi ifa edilib, solo ifa kateqoriyasında “Xarı bülbül” mahnısı səsləndirilib, xor ifasında isə “Vətən” mahnısı dinlənilib.

Ümumilikdə, Bakı Qızlar Universitetini təmsil edən 30 tələbə müsabiqədə iştirak edib.

Qeyd edək ki, Bakı Qızlar Universiteti ilə yanaşı, həmin gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının və əsas kampusunun tələbələri də öz bədii yaradıcılıq nümunələrini nümayiş etdiriblər.

 

Digər xəbərlər

Bütün xəbərlər