Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

05-05-2026

Pedaqoji təcrübə davam edir

Pedaqoji təcrübə davam edir

Bakı Qızlar Universitetinin təcrübə rəhbərləri, psixoloqlar, pedaqoqlar və metodistlər vaxtaşırı müxtəlif ümumtəhsil məktəblərində, məktəbəqədər təhsil müəssisələrində və bağçalarda iştirak edirlər. Təcrübəçi tələbələr həvəslə sınaq dərslərini təqdim edirlər.

Təcrübəçi tələbələrin keçdiyi dərslər izlənilir, müzakirələr aparılır, onların maraqlı təqdimatları dəyərləndirilir. Bu təqdimatlardan birini sizə təqdim edirik.

Bakı Qızlar Universitetinin MQ2-22 qrupunda təhsil alan Məmmədli Nərminin dərsi maraqlı təqdimatları ilə yadda qaldı.

Onun dərsində tətbiq etdiyi interaktiv üsullar şagirdlərin fəal iştirakını təmin etdi və mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaratdı. Bu cür təşəbbüslər gələcək müəllimlərin peşəkar inkişafına mühüm töhfə verir.

Digər xəbərlər

Bütün xəbərlər